Dünyanın harasında yaşamağınızdan asılı olmayaraq, mənziliniz yoxdursa, kirayə haqqı aylıq xərcləmələrinizdə böyük paya sahib olacaq.

Dünyanın böyük şəhərlərində 2 otaqlı mənzillərin ortalama aylıq kirayə haqqlarına baxan zaman məlum olur ki, bu rəqəm Hindistanın Banqalor şəhərində 300 dollardan Honq Konqda 3700 dollara qədər dəyişir.

Milli.Az moneta.az-a istinadən bildirir ki, bu barədə məlumat "Deutsche Bank" Bazar Araşdırmasının yeni hesabatında yer alıb.

Hesabatda ilk yeri tutan Honk Konq ötən ilki hesabatda San Fransiskodan sonra 2-ci pillədə idi. Yeni Zellandiyanın paytaxtı Vellinqtonda mənzillərin qiyməti bir il ərzində 28% artdığına görə, bu şəhərdəki mənzillərin kirayə haqqları artmış və hesabatda 5 pillə irəliləmişdir.

Hesabat kirayə haqqlarını Expatistan adlı veb saytdan götürür.

Aşağıda mənzillərin kirayə haqqlarına görə ən bahalı 24 şəhərini təqdim edirik.

Qeyd: kirayə haqqları ABŞ dolları ilə verilmişdir.

24. Şanxay, Çin - $1,343

23. Çikaqo, ABŞ - $1,421

22. Toronto, Kanada - $1,502

21. Melburn, Avstraliya - $1,512

20. Stokholm, İsveç - $1,553

19. Vellinqton, Yeni Zellandiya - $1,604

18. Vankuver, Kanada - $1,609

17. Oklend, Yeni Zellandiya - $1,652

16. Helsinki, Finlandiya - $1,729

15. Tokyo, Yaponiya - $1,740

14. Dubay, Birləşmiş Ərəb Əmirlikləri - $1,787

13. Kopenhagen, Danimarka - $1,848

12. Amsterdam, Hollandiya - $1,876

11. Oslo, Norveç - $1,949

10. Sinqapur - $1,974

9. Dublin, İrlandiya - $2,048

8. Sidney, Avstraliya - $2,052

7. Boston, ABŞ - $2,164

6. Zürix, İsveçrə - $2,337

5. London, Böyük Britaniya - $2,410

4. Paris, Fransa - $2,483

3. Nyu York, ABŞ - $2,854

2. San Fransisko, ABŞ - $3,664

1. Honk Konq - $3,737

Milli.Az