"The Guardian”dan erməni təxribatı

"The Guardian”dan erməni təxribatı
12:36 12 Yanvar 2015
151 Digər
Ölkə mətbuatı
A- A+

Böyük Britaniyanın “The Guardian” qəzeti “2015-ci il tətilləri üçün ən macəralı yerlər” başlıqlı məqalədə Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazisi Dağlıq Qarabağı da qeyd edib. ANS PRESS-in məlumatına görə, APA-nın qəzetin rəsmi saytına istinadən bu barədə məlumat yayıb. Məqalədə Dağlıq Qarabağ Azərbaycan tərəfindən “əhatə olunmuş” dağlıq anklav, “1991-ci ildə müstəqilliyini elan etmiş” və Ermənistanın nəzarətində olan ərazi kimi göstərilib.

“Sərhəd çəkişmələri və əraziyə nəzarət uğrunda gedən davamlı mübarizə onu göstərir ki, bu səyahət qorxaqlar üçün deyil, lakin orada təklif olunacaq çox şey var: dağ monastırları, arxeoloji abidələr, qədim mağara kompleksləri və fərqli təbiət gözəlliyi. Bu əraziyə Yerevan vasitəsilə səyahət edə bilərsiniz”, – deyə məqalədə bildirilib.

“The Guardian” oxuculara bu əraziyə səyahəti Böyük Britaniya şirkəti olan “Regent Holidays” vasitəsilə gerçəkləşdirməyi təklif edib və məqalədə şirkətin saytındakı “Dağlıq Qarabağa qrup turları” proqramına keçid verib.

Şirkətin rəsmi saytında isə (regent-holidays.co.uk) Dağlıq Qarabağ Ermənistan kateqoriyasında verilir, Azərbaycanın işğal altındakı ərazilərinə Ermənistandan keçməklə tur xidmətləri təklif olunur. Qeyd edək ki, həmin şirkət eyni zamanda Azərbaycana da turlar təşkil edir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR