Qvatemalada vulkan püskürməsi nəticəsində ölənlərin sayı 62 nəfərə çatıb.

APA-nın məlumatına görə, bu barədə “Reuters” agentliyi ölkə rəsmilərinə istinadən xəbər verib.

Məlumata əsasən, ölənlərdən cəmi 13 nəfərin şəxsiyyətini müəyyənləşdirmək mümkün olub.

Hündürlüyü 3,7 km təşkil edən Fueqo Qvatemalanın ərazisində yerləşən ən fəal vulkanlardan biridir. Fueqo Qvatemalanın eyni adlı paytaxtından 40 km aralıda yerləşir.

***

Qvatemalada vulkan püskürməsi nəticəsində ölənlərin sayı 56 nəfərə çatıb.

APA-nın məlumatına görə, bu barədə “Prensa Libre” xilasedicilərə istinadən xəbər verib.

Bundan əvvəl 38 nəfərin öldüyü bildirilirdi.

Qvatemala hökuməti təxminən 2 milyon insanın hadisədən zərər gördüyünü açıqlayıb.

Qeyd edəki, Fueqo vulkanı iyunun 3-dən püskürməyə başlayıb.

***

Qvatemalada Fueqo vulkanının püskürməsi nəticəsində ölənlərin sayı 38 nəfərə çatıb.

APA-nın məlumatına görə, bundan əvvəl 25 nəfərin öldüyü, 300 nəfərin xəsarət aldığı bildirilirdi.

Məlumata əsasən, təbii fəlakət nəticəsində 4 yaşayış məntəqəsinə ciddi ziyan dəyib. Qvatemala hökuməti təxminən 2 milyon insanın hadisədən zərər gördüyünü açıqlayıb.