Qvatemalada Fueqo vulkanının püskürməsi nəticəsində ölənlərin sayı 65 nəfərə çatıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə təbii fəlakətlərin nəticələrinin azaldılması üzrə milli xidmətin nümayəndəsi David de Leon bildirib.

Milli məhkəmə tibbi institutunun rəsmi nümayəndəsi Mirna Seledon bildirib ki, həlak olanlardan yalnız 13-nün kimliyi müəyyən edilib.

Qeyd edək ki, daha əvvəl 38 nəfərin öldüyü bildirilirdi.

Mili.Az