Boliviya çempionatında "Real" (Potosi) və "Quabia" komandaları arasında keçirilmiş Cənubi Amerika Kubokunda iştirak hüququ verən final matçı qalmaqalla yekunlaşıb.

Milli.Az report"-a istinadən xəbər verir ki, buna "Real"ın 4 futbolçusunun qırmızı vərəqə alması səbəb olub. 1:4 hesabı ilə uduzduğu ilk görüşün revanşında Potosi komandası 0:2 hesabı ilə uduzub. Referi hər hissədə 2 oyunçunu meydandan qovub. Görüş isə "Quabia"nın qələbəsi ilə yekunlaşıb - 2:0.

Final fitinin ardından "Real"ın prezidenti baş hakimə tərəf gələrək, onun sifətinə ovucları ilə zərbə endirib. Komanda üzvləri onu hakimlərdən aralayıblar.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Klub prezidenti qırmızı vərəqə göstərən baş hakimi vurdu - VİDEOKlub prezidenti qırmızı vərəqə göstərən baş hakimi vurdu