Şimali Koreya ABŞ tərəfinə Koreya yarımadasının nüvəsizləşdirmə prosesinə hazır olduğunu təsdiqləyib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Mayk Pompeo deyib.

O qeyd edib ki, Vaşinqton və Pxenyan planlaşdırılmış danışıqlara çox ciddi yanaşır.

Onun sözlərinə görə, Koreya yarımadasının nüvəsizləşdirilməsi iyunun 12-də Sinqapurda baş tutacaq Tramp-Kim Çen In sammitinin nəticəsi ola bilər.

O, həmçinin qeyd edib ki, əgər diplomatik proses yolunda getməsə, Şimali Koreya ilə münasibətdə sanksiyalar daha sərtləşəcək.

O əlavə edib ki, nüvəsizləşdirmə Şimali Koreya qarşısında yeni imkanlar yaradacaq.

Milli.Az