Dünya çempionatının favoritlərindən hesab olunan Braziliya millisi son iki ildə əla göstərici ilə yadda qalıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, baş məşqçi Titenin gəlişindən sonra komanda keçirdiyi 21 oyunun yalnız birində uduzub. 17 qələbə qazanan cənubi amerikalılar bunların 15-də qapısından qol buraxmayıb. Millinin oyunlarındakı top fərqi də əladır - 47-5.

Beşqat dünya çempionu 2018-ci ildə meydana çıxdığı 4 oyunun hamısında qələbə qazanıb.

Qeyd edək ki, Braziliya millisi dünya çempionatında İsveçrə, Kosta-Rika və Serbiyay ilə birlikdə E qrupunda yer alıb. Komanda ilk oyununu iyunun 17-də İsveçrəyə qarşı keçirəcək.

Milli.Az