Tük ürpərdən adət-ənənə

Samoa mədəniyyətində qəribə adət-ənənələr mövcuddur.

Metbuat.az xəbər verir ki, bunlardan biri də Samoada Faafafine deyilən bir üçüncü cinsiyyətin mövcud olmasıdır.

Bunlar cinsiyyət orqanları da daxil olmaqla hər yerlərinə döymə vururlar və döyməsiz oğlana qız verilmir.

Faafine Samoa dilində Faa-kimi, Fafine-qadın yəni tam olaraq "qadın kimi" mənasını daşıyır.

Bu kəlimə Tonga krallığında "Fakeleiti", Tahiti adasında isə "Rae rae" və ya "mahu" olaraq keçir.

Faafanilər bioloji olaraq kişi bədəninə sahib olsalar da qadın kimi davranan insanlardır. bunun səbəblərindən biri isə təəsüf ki, ailələrin məcbur etməsidir.

Onlar həqiqi qadın kimi davranır, hətta bəziləri estetik əməliyyatlar ilə həqiqi bir qadın bədəninə sahib olurlar. Amma bu şəxslər transseksuallıq olaraq adlandırılmır.

Samoali ailələrinin yüz illərdən bəri həyata keçirdiyi bu ənənəyə görə, oğlan uşaqlarının birini təmizlik, uşaq baxımı, yemək bişirmə kimi ev işlərində istifadə etmək üçün bir qadın kimi yetişdirilir.

Samoali ailələrini buna məcbur edən səbəb isə ailələrdə doğulan qız uşaqlarının sayının oğlanlardan daha az olmasıdır.

Qərb dünyası isə Faafafineləri kəşf etdikdən sonra Samoayı "Gey cənnəti" elan edərək xalqın kimlik deformasiyası yaşamasına səbəb olub. Digər tərəfdən bu seks turizimi səbəbi ilə yoluxucu xəstəliklər artıb. Bu səbəblər nəticəsində hökumət Faafanilərə qarşı yönəlmiş ciddi qərarlar alıb və qərblilərin bu marağını sonlandırmaq üçün iki kişi arasındakı münasibəti qadağan edərək bu vəziyyətə son verməyə qərar verib.





https://metbuat.az/news/969370/cobanyastigi-cayini...


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR