Play Store

Məzunların “Son zəng” sevinci - FOTOLAR

İyunun 14-də 20 nömrəli məktəb-liseydə “Son zəng” tədbiri keçirilib.

Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, idarənin əməkdaşları, məktəb rəhbərliyi, sabiq məzunlar, valideyn və şagirdlər iştirak edib.

“Son zəng” tədbiri Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Məktəb-liseyin direktoru Səadət Veysova mərasimi açıq elan edərək, sevinc və həyəcan içində olan məzunlara gələcək həyatlarında uğurlar diləyib. Çıxışı zamanı direktor şagirdlərin yerli və beynəlxalq olimpiadalarda əldə etdikləri uğurlardan danışıb. Səadət Veysova məktəbdə ümumilikdə, 3527 şagirdin təhsil aldığını bildirib. Onlardan 100 nəfəri bu il məzun adını qazanır.

Tədbirdə çıxış edən BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva “Son zəng” münasibətilə onbirinciləri təbrik edib, onlara müstəqil Azərbaycanın layiqli vətəndaşları olmağı, bilik və zəhmətləri sayəsində nailiyyətlərini daha da artırmağı arzulayıb.

Ölkədə təhsilə göstərilən dövlət qayğısının ilbəil artdığını vurğulayan Məhəbbət Vəliyeva məzunların hər birinin müstəqil Azərbaycanın vətəndaşı olaraq ölkəmizin gələcək inkişafı naminə həyata keçiriləcək işlərdə fəal iştirak edəcəklərinə inandığını bildirib.

İcra başçısı Əziz Əzizov çıxışı zamanı ölkəmizdə təhsilin inkişafı istiqamətində görülən işlər və bu sahədə Yasamal rayonunda həyata keçirilən layihələr barədə danışıb, müstəqil həyata qədəm qoyan məzunlara uğurlar arzulayıb.

Tədbirdə çıxış edən digər qonaqlar məktəb həyatına əlvida deyən məzunlara bundan sonrakı həyatlarında müvəffəqiyyətlər diləyib və onlara olan etimadı hər zaman doğrultmağı tövsiyə ediblər.

Mərasim şagirdlərin hazırladıqları ədəbi-bədii kompozisiyalarla davam etdirilib. Həmçinin, ali məktəblərə qəbul imtahanlarında 600-dən çox bal toplayan şagirdlərə diplomlar, məktəbin ictimai həyatında fəal iştiraklarına görə bir çox valideynə Fəxri fərmanlar verilib.

Tədbirdə rəmzi “Bilik açarı” məzunlar tərəfindən X sinif şagirdlərinə təqdim olunub.

“Son zəng” çalınıb, səmaya əlvan şarlar buraxılıb.

“Son zəng” tədbiri İctimai Televiziyanın “Yeni gün” musiqi-informasiya proqramı tərəfindən canlı yayımlanırdı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR