“DəmirBank” sahibkarlara mikro və kiçik kreditlər təklif edir

“DəmirBank” sahibkarlara mikro və kiçik kreditlər təklif edir
13:57 12 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

[ 12 Yanvar 2015 13:52 ]


Bakı - APA-Economics. “DəmirBank” sahibkarlığın inkişafı üçün sərfəli şərtlərlə sahibkarlara mikro və kiçik kreditlər təklif edir.

 

Bankdan “APA-Economics”ə verilən məlumata görə, kreditin şərtlərinə görə sahibkarlar 100 min manatadək kredit məbləğindən yararlana bilərlər. 

 

Qeyd edək ki, kreditin məbləğindən asılı olaraq onun təminatı qismində zaminlik, avtomobil, şəxsi ev əmlakı, daşınan və daşınmaz əmlak, biznes avadanlıqları, qiymətli metallar, qiymətli kağızlar, dövriyyədə olan əmtəə-mal qalığı ola bilər.

 

Müddəti 36 ayadək olan mikro və kiçik kreditləri bankın istənilən filialına müraciət etməklə əldə etmək mümkündür.

 

“DəmirBank” müxtəlif proqramlar üzrə əhaliyə və şirkətlərə geniş çeşiddə kredit məhsulları təqdim edir. Bu sırada ipoteka krediti, avtomobil krediti, təhsil və səhiyyə işçilərinə kredit, dövlət işçilərinə kredit və digər istehlak kreditləri mövcuddur.

 

Ölkənin ilk kommersiya banklarından biri olan “DəmirBank” 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan “Avropa Yenidənqurma və İnkişaf Bankı” və “Hollandiya İnkişaf Maliyyə Şirkəti” (FMO) daxildir.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368754

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR