Misirin tanınmış aktyoru Mahir Essam Dünya Çempionatında Misir-Uruqvay qarşılaşmasını izləyən zaman beyninə qan sızması nəticəsində ölüb.

Milli.Az Al-Arabiya-ya istinadla xəbər verir ki, 38 yaşlı aktyor Misirin məğlub olmasına dözməyərək stress keçirib və nəticədə dünyasını dəyişib.

O, bir dəfə də infarkt keçirib.

Qeyd edək ki, Mahir 5 yaşından filmlərə çəkilib.

Emin
Milli.Az