Ağcabədinin Avşar kəndində əleyhqazın hava təmizləyiciləri tapılıb.
Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Mili.Az-a verilən məlumata görə, bu gün saat 13:42-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Ağcabədi rayonu, Avşar kəndi ərazisində 1 ədəd minanın tapılması barədə məlumat daxil olub.
Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Ağcabədi rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Ağcabədi rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş əkin sahəsinə baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən 80 ədəd əleyhqazın hava təmizləyici balonu aşkar olunub, götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Əleyhqazın hava təmizləyicilərinin tapıldığı yerin ətrafında 1 000 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.
Milli.Az
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin
- MƏQALƏDƏ:
- Ağcabədi
- Daxili İşlər Nazirliyi
- ANAMA

Xudat sakinindən narkotik götürülüb (FOTO)
Gəncə sakinindən "Tramadol" həbləri götürülüb
Həyətlərdən elektrik naqili oğurlayan şəxs saxlanılıb
DİN: Ötən gün ərzində 91 cinayət faktı qeydə alınıb
Qubada evdən 3 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxslər tutulub
Sabirabad və Lənkəranda çətənə kolları aşkarlanıb
Ağcabədidə aqropark yaradılır
Zərdabda 4 tondan artıq narkotik tərkibli bitki aşkarlandı
"Azərbaycanda dövlət daktiloskopik və genop qeydiyyatı" haqqında qanun layihəsinin ictimai müzakirəsi keçirilib (FOTO)








