Bu gün DÇ-2018-də üç oyun keçiriləcək

Bu gün DÇ-2018-də üç oyun keçiriləcək
07:34 19 İyun 2018
106 Digər
Ölkə mətbuatı
A- A+

Rusiyadakı dünya çempionatında bu gün daha 3 görüş keçiriləcək. Apasport.az saytının məlumatına görə, bununla həm qrup mərhələsində ilk tura yekun vurulacaq, həm də ikinci tura start veriləcək.

 

H qrupunda mübarizə Kolumbiya – Yaponiya görüşü ilə başlayacaq. Heyətində ulduz futbolçuları olan Cənubi Amerika təmsilçisi bunun köməyi ilə mundiala qələbə ilə start götürmək niyyətindədir. Lakin indiyə qədər baş tutan matçlar ulduzların varlığının uğur üçün kifayət etmədiyini ortaya qoyub.

 

Qrup mərhələsində ilk tura Polşa – Seneqal qarşılaşması ilə yekun vurulacaq. Bu oyun daha çox Levandovski – Mane mübarizəsi kimi qələmə verilir. Polşalılar bir çoxları tərəfindən qrupun favoriti hesab olunsa da, Seneqal millisinin heyətində kifayət qədər tanınmış sima var.

 

Günün son duelində isə II turun ilk görüşü oynanılacaq. A qrupunun açılış matçında Səudiyyə Ərəbistanını darmadağın edən Rusiya ilk ciddi sınağını Misirə qarşı verəcək. Məhəmməd Salahın yoxluğunda Uruqvaya yenilən Misir yığması bu dəfə mütləq qalib gəlməlidir. Meydan sahibləri isə qələbə qazanmaqla 1/8 finala vəsiqəni əldə edə bilər.

 

 

Dünya çempionatı

 

19 iyun

 

 

H qrupu

 

16:00. Kolumbiya – Yaponiya

 

Saransk, “Mordoviya Arena”

 

 

19:00. Polşa – Seneqal

 

Moskva, “Spartak” stadionu

 

 

A qrupu

 

22:00. Rusiya – Misir

 

Sankt-Peterburq, Şəhər stadionu

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/303792

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR