"Olimpiya"nın prezidenti: "Qarabağ"la görüşü son 10 ilin ən çətin matçı olacaq

"Olimpiya"nın prezidenti: "Qarabağ"la görüşü son 10 ilin ən çətin matçı olacaq
18:58 19 İyun 2018
106 İdman
Ölkə mətbuatı
A- A+

"Bizə ən çətin rəqiblərdən biri düşdü".

"Report"un məlumatına görə, bunu Sloveniyanın "Olimpiya" klubunun prezidenti Milan Mandariç futbol üzrə Çempionlar Liqasının I təsnifat mərhələsində qarşılaşacaqları "Qarabağ" barədə danışarkən deyib.

80 yaşlı funksioner bildirib ki, Azərbaycan təmsilçisi Avropa miqyaslı yarışlarda böyük təcrübə və uğurlara malikdir: "Ümidvaram ki, bu, "Olimpiya" üçün son 10 ildə ən çətin matçlardan biri olacaq. Bu, bizim üçün test sayılacaq. Biz harada olduğumuzu, faktiki oyun keyfiyyətimizi və perspektivlərimizi görəcəyik".

Qeyd edək ki, "Olimpiya" və "Qarabağ" arasındakı ilk görüş iyulun 11-də Lyublyanada, cavab oyunu isə iyulun 18-də Bakıda keçiriləcək.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/idman/244791.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR