Haiti paytaxtının yoxsul rayonlarından biri sayılır. Burada su kəməri və kanalizasiya sitemi yoxdur, elektrik enerjisi təchizatında tez-tez kəsilmələr baş verir, ətraf plastik zibillə doludur.
Təxminlərə görə, indi Jalousie-də təxminən 80 min adam yaşayır.
Milli.Az BBC-yə istinadən bildirir ki, çoxları bura 2010-cu ilin dəhşətli zəlzələsindən sonra gəlib.
Bütün çətinliklərə və yoxsulluğa baxmayaraq, bu məhəllənin sakinləri ümid və qürurla yaşamağa güc tapırlar.
Haiti paytaxtı Port-au-Prince-ə gələn tursitlər çox vaxt Jalousie məhəlləsini yalnız avtobus və taksi pəncərəsindən görürlər. Məhəllə paytaxtın kənarında, Morne L'Hôpital dağının yamacında yerləşir.
2013-cü ildə hökümət dəyəri 1.4 milyon dollar olan layihə çərçivəsində məhəllədəki daxmaları rənglədib.
Tənqidçilərin sözlərinə görə bu, ona görə edilib ki, məhəllə zənginlərin yaşadığı Pétion-Ville rayonundan açılan mənzərəyə tamaşa edənlərin kef-əhvalını pozmasın.
Bu cür aşırı yoxsulluq şəraitində yaşayan yerli sakinlər qürurla yaşamaq üçün gərgin əmək və səylərini əsirgəmirlər.
Haiti qərb yarımkürəsinin ən yoxsul ölkəsidir və hazırda 2010-cü ildə baş vermiş zəlzələnin mənfi nəticələrini aradan qaldırmağa çalışır.
Həmin zəlzələ zamanı 200,000-dən çox adam həlak olmuşdu.
Bu yaxınlarda keçirilmiş sorğuya əsasən, ölkə əhalisinin yarıdan çoxu günə 2.41 dollar düşən yoxsulluq səviyyəsindən aşağı yaşayır.
Haiti əhalisinin 74 faizi hazırda xarabalıqlarda yaşayır.
Jalousie-da su kəməri də yoxdur. Sakinlər suyu vedrələrlə daşıyır. Təxminən 20 litr su tutan vedrəni doldurmaq 0.35 sentə, (60 qəpik) başa gəlir.
Jalousie məhəlləsinin yerləşdiyi dağlıq ərazi seysmik fəallıq baxımından təhlükəli zonaya təsadüf etdiyindən burada yaşayış perspektivi də ürəkaçan deyil.
Palçıq selinin yaranması riski yüksəkdir.
Təxminən 1300 ev uçqun riski altında olduğundan dağ yamacının aşağı hissəsində yaşayan sakinlərin də həyatı daima təhlükə altındadır.
Milli.Az