Ramazan bayramında ən çox bu bölgələrə axın oldu

Ramazan bayramını Azərbaycanın səfalı bölgələrində keçirmək istəyənlər bir çox rayonlara üz tutublar.

Fly.az Turizm Agentliyinin təsisçi və direktoru Rəşad Rəhimli Metbuat.az saytına açıqlamasında qeyd edib ki, bayram günlərində Azərbaycan əhalisi daha çox Quba və Qəbələ rayonlarına üz tutub:

“Ramazan bayramı günlərində Quba, Qəbələ, Şəki, Qax, Zaqatala, həmçinin cənub zonası olan Lənkəran, Masallı istiqamətinə üz tutanlar oldu. Amma çoxluq Qəbələ, Quba və Şəki istiqamətinə getdi. Bayram günlərində Fly.az şirkəti azərbaycanlılarla yanaşı kifayət qədər xarici turist də qəbul etdi. Həm yerli, həm də xarici turistlər rayonlarda yüksək səviyyədə yerləşdirildi. Bu, ölkədə turizmin inkişafı deməkdir və çox sevindirici haldır”.

Azərbaycan Turizm Assosiasiyasının (AzTA) idarə heyətinin sədri Nahid Bağırov bildirib ki, bayram günlərində Azərbaycana Ərəb ölkələrindən xeyli sayda turist axını oldu. Azərbaycanlılar isə daha çox Qəbələ, Quba bölgələrinə üz tutdular.

"Baku Travel and Tourism" şirkətinin icraçı direktoru, turizm eksperti Əziz Şiriyev qeyd edib ki, bayram günlərində boş qalan tur olmadı:

“Ramazan bayramı günlərində 1,2 və 3 günlük turlarımız baş tutdu. 1 günlük turlarda demək olar bütün rayonlara maraq oldu. Quba, İsmayıllı, Qəbələ, Şəki, Oğuz istiqamətində turlar təşkil edildi. Şirkətimizin 10-dan çox avtobusu turlarda idi. 2 günlük turlarımız Qax-Şəki-Qəbələ və Gəncə-Göygöl istiqamətində oldu. 3 günlük turlar isə Zaqatala-Balakən-Qax-Şəki-Qəbələ, Lənkəran-Masallı-Lerik-Yardımlı istiqamətində oldu. Bütün turlarımız baş tutdu. Xalqımız bayram günlərində çox gözəl istirahət etdi”.

Xəyalə Məmmədova / METBUAT.AZ

Jurnalisti təhqir edən generalın qardaşı üzr istədi – TIKLAYIN!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR