Futbol üzrə dünya çempionatını izləmək üçün Rusiyaya gələn 5 əcnəbi azarkeş həbs olunub.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, Rusiya polisi həmin şəxslərin oğurluq etdikləri üçün həbs olunduğunu bildirib. Həbs olunanlardan 3-ü meksikalı, 1-i iranlı, 1-i isə peruludu.

Meksika vətəndaşı olan Marko Ananio 8 min dollar oğurlamaqda şübhəli bilinir. 42 yaşlı Peru vətəndaşı isə Meksika - Almaniya oyunu üçün 3 bilet oğurlamaq istəyərkən saxlanılıb.

Milli.Az