İran nüvə anlaşmasını qorumaq üçün

İran hakimiyyəti BMT və Avropanı nüvə anlaşmasını qorumaq üçün ciddi addımlar atmağa çağırıb.

Metbuat.az-ın məlumatına görə, İranın Atom Enerjisi üzrə təşkilatının rəhbəri Əli Əkbər Salehi Osloda BMT-nin Baş katibi Antoniu Quterreşlə görüşündə bəyan edib ki, ABŞ-ın nüvə anlaşmasını tərk etməsindən sonra Avropa ölkələrinin müqaviləni qorumaq səyləri yetərli deyil.

Bir sıra ölkələrin, xüsusən də Böyük Britaniya, Fransa və Almaniyanın anlaşmanı qorumaq üçün təklifləri isə İranın gözləntilərini doğrultmayıb. Vaşinqtonun Tehrana qarşı təktərəfli iqtisadi sanksiyaları üzündən isə nüvə anlaşmasından gözlənilən nəticələrə nail olmaq mümkün deyil.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR