Rusiyada keçirilən futbol üzrə dünya çempionatının D qrupunda ikinci turun oyunlarına yekun vurulub.

Publika.az xəbər verir ki, Nigeriya İslandiya ilə üz-üzə gəlib.

"Volqoqrad Arena"da baş tutan qarşılaşma Nigeriyanın 2:0 hesablı qələbəsi ilə başa çatıb. Mundialda ilk qələbəsini qazanan Nigeriya xallarının sayını 3-ə çatdırıb. İslandiya isə iki turdan sonra 1 xala malikdir.

DÇ-2018

22 iyun

II tur

D qrupu

19:00. Nigeriya - İslandiya 2:0

Qol: Ahmed Musa, 49; 75.

Hakimlər: Mettyu Konger, Saymon Lant (hər ikisi yeni Zelandiya), Tevita Makasini (Tonqa), Rikardo Montero (Kosta-Rika), Hiroşi Yamauçi (Yaponiya)

Volqoqrad, "Volqoqrad Arena"