Braziliya millisinin yarımmüdafiəçisi Fillippe Koutinyo Kosta-Rika üzərində qazanılan 2:0 hesablı qələbəni şərh edib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, o, qələbə qazanmaq üçün sonadək mübarizə apardıqlarını bildirib:

"Çox çətin oyun alındı. Əvvəldən də belə olacağını gözləyirdik. Biz meydana qələbə üçün çıxmışdıq. Yaxşı ki, rəqibi sona qədər sıxışdırmaq və sonda fərqlənmək mümkün oldu. Oyunun ən yaxşı seçildiyim üçün şadam. Amma millinin qələbəsi bundan daha vacibdir.

Kost-Rika yığması keyfiyyətli komandadır. Rəqibin orta xətti çox güclüdür. Lakin biz sona qədər təslim olmadıq. Psixoloji cəhətdən güclü olduğumuz üçünb yekunda istəyimizə çatdıq".

Milli.Az