Braziliya millisi DÇ-2018-in 3-cü turunda Serbiya ilə keçiriləcək oyuna ciddi itkilərlə çıxacaq.

Metbuat.az-ın Braziliya Futbol Federasiyasının rəsmi saytına istinadən yaydığı xəbərə görə, müdafiəçi Danilo və yarımmüdafiəçi Duqlas Kosta zədə səbəbindən bu vacib qarşılaşmanı buraxacaq. Kosta ötən tur Kosta-Rika ilə oyunda əzələsindən zədə alıb.

Analoji zədədən əziyyət çəkən Danilo isə Kosta-Rika ilə oyunu da buraxmışdı. Onun Serbiya ilə matda da meydana çıxa bilməyəcəyi dəqiqləşib.