Onun sözlərinə görə, paytaxtın I zonası üzrə bu göstərici 4 964 dollar/kv. metr, II zona üçün 4 096 dollar/kv. metr, III zona üçün 2 868 dollar/kv. metr, IV zona üzrə 1 194 dollar/kv.metr olub. Kommmersiya obyektləri bazarında aylıq müqayisədə ən çox azalma I zonada (-21,46%), ən az isə IV zonada (-9,20%) müşahidə edilib.
“MBA” konsaltinq şirkətinin aylıq araşdırmasına əsasən, kommersiya obyektlərinin icarə qiymətləri martda 16,81%, ilk rübdə 23,67%, son bir il ərzində isə 32,85% azalaraq bu ilin aprelin 1-nə 14,35 dollar/kv. metr təşkil edib.