Bakı şəhər Mədəniyyət Baş İdarəsinin və Nizami Kino Mərkəzinin birgə təşkilatşılığı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illik yubileyi ilə əlaqədar Milli qəhrəman İlqar İsmayılov haqqında çəkilmiş filmin nümayişi keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Milli qəhrəman İ.İsmayılovun həyatı və döyüş yolundan bəhs
edən rejissor Günel Aqilin "Ən yüksək zirvə" adlı filmi nümayiş olunub.
Dövlətimizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şücaət göstərmiş Azərbaycan əsgərinin igidliyini, mərdliyini, vətənsevərliyini əks etdirən filmlərin nümayişi ölkəmizin qəhrəmanlıq tarixini təbliğ etmək məqsədi ilə keçirilir.