Braziliya milli komandasının futbolçusu Duqlas Kosta zədə səbəbindən dünya çempionatının qalan oyunlarında iştirak etməyə bilər.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 28 yaşlı hücumçunun bərba prosesi 20 gün çəkəcək.

Kosta E qrupunun II turunda Kosta-Rika ilə oyun zamanı sağ budundan xəsarət alıb. Braziliya yığmasının tibbi heyəti oyunçunun iyunun 27-də Moskvada Serbiya yığmasına qarşı iştirakını istisna edib.

Qeyd edək ki, Kosta-Rika ilə oyun Braziliyanın 2:0 hesablı qələbəsi ilə başa çatıb. "Pentakampeonlar" hazırda qrup mərhələsində 4 xalla İsveçrə ilə birgə ilk 2 yeri bölüşür.

Milli.Az