Uzun illərdir konsert proqramı ilə çıxış etməyən əməkdar artist Baloğlan Əşrəfov sevənləri ilə görüşəcək.
Milli.Az-ın məlumata görə, ifaçı 8 sentyabr tarixində Yaşıl Teatrda "Mən də varam dünyada" adlı solo konsertlə çıxış edəcək.
Əməkdar artist 3 saat boyunca öz ansamblı ilə sevilən mahnıları ilə bərabər yeni mahnılarını da ifa edəcək.
Ənənəsinə sadiq qalaraq, Baloğlan Əşrəfov bütün mahnılarını canlı ifa edəck.
Milli.Az