"Həmişə arzum olub ki, hansısa bir romantik filmdə rol alım. Bir neçə dəfə təkliflər edilib, amma ürəyimcə olmayıb".

Milli.Az xəbər verir ki, bu sözləri əməkdar artist Aybəniz Haşımovanın 27 yaşlı qızı Aynişan Quliyeva deyib. Sənətçinin qızı ilk dəfə gizli arzusunu dilə gətirib:

"Məni çoxdan izləyənlər bilirlər ki, İtaliya adalarını sevirəm, hətta orada yaşamaq istəyirəm. Arzuladığım film oralarda çəkilsə, nə gözəl olar. Çox sevirəm İtaliyanı... İnsanlarını... Keçən dəfə məni İçərişəhərdə görüb elə gözəl sözlər dedilər ki, lap ürəyim açıldı". (publika.az)

Milli.Az