Bu yay kreditlə sərfəli səyahət edin

Azərbaycanda kreditlə sərfəli tur təklif edən turizm şirkətlərinin sayı 2018-ci ildə artıb.

Azərbaycan Turizm Assosiasiyasının Xarici turizm komitəsinin rəhbəri Ayxan Allazlı Metbuat.az-a açıqlamasında bildirib ki, birbaşa məbləği ödəyə bilməyən şəxslər bu gün kredit turlardan istifadə etməklə istirahət edə bilirlər:

“Kredit turlarının turizm cəhətdən heç bir mənfi məqamı yoxdur. Bu turların turizm şirkəti ilə birbaşa aidliyi yoxdur. Çünki turizm şirkəti ödənişi bankdan alır. Kreditin ödənilməsi ilə bankla vətəndaş arasında aparılır. Kredit turlarının müsbət cəhəti odur ki, vətəndaşa turun pulunu hissə-hissə ödəmək imkanı yaranır, eyni zamanda istirahətini də edir. Birbaşa məbləği ödəyə bilməyən şəxslər üçün şərait yaranır”.

"Baku Travel and Tourism" şirkətinin icraçı direktoru, turizm eksperti Əziz Şiriyev qeyd edib ki, demək olar ki, turizm şirkətlərinin əksəriyyəti bu sistemə qoşulub:

“Bu məsələdə məsuliyyəti heç bir turizm şirkəti daşımır. Müştəri kredit şərtləri ilə tanış olur, qəbul edir, turu alır və hissə-hissə məbləği banka ödəyir. Bank isə bütün pulu turizm şirkətinə ödəyir. Bu, turistlər üçün olduca sərfəlidir. Çünki birdən-birə böyük bir məbləğ vermək çox insan üçün çətin olur. Vətəndaş kreditlə olan turu öncədən götürür və tətilə gedənə kimi pulu ödəyib. bitirir.

Müqavilədə imtina şərtləri də qeyd olunur. Turist imtina edərsə, ödədiyi məbləğ təyin edilmiş vaxtlara uğun olaraq 50,70 və 100% cərimə olunur. Əvvəllər kredit turlar olmadığı üçün turizm şirkətləri başqa bir modeldən istifadə edirdi. Belə ki, turu alarkən 30% ödəniş edilir, uçuşa qədər 100% tam olaraq bağlanılırdı. Son illər kredit turlarına tələbat artıb. Banklar insanlara şərait yaradır, eyni zamanfa faizindən də qazanır”.

Xəyalə Məmmədova / METBUAT.AZ

Az bir büdcə ilə səyahət etmək istəyənlər - Bunları mütləq bilin! – TIKLAYIN!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR