Qida zənciririn mühüm sahələrində işləyənlər bundan sonra tibbi müayinədən keçəcəklər.
Metbuat.az xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi üzrə Dövlət Agentliyinin rəhbəri Qoşqar Təhməzli məlumat verib.
AQTA rəhbəri bildirib ki, bu əməkdaşların hansı formada müayinədən keçməsi birbaşa müəssisə rəhbərlərindən asılı olacaq.
Agentlik bu işləri Səhiyyə Nazirliyi ilə birgə görəcək. Müayinədən keçənlər tibbi kartla təmin olunacaqlar.
Xəyalə Məmmədova / Metbuat.az