Əli Kərimli və AXCP-yə bağlı Azadlıq qəzeti dünən Mingəçevirdə baş verən hadisədən sonra təxribat dolu yalan xəbərlər yayaraq insanlar arasında çaşqınlıq yaradır.
Metbuat.az xəbər verir ki, qəzetin guya dünən işıq sönəndən sonra xəstəxanada uşaq ölümü ilə bağlı yazdığı xəbər köhnə xəbərin yalanla yenidən tirajlanmasıdır.
Azadlıq qəzetinin paylaşdığı videonun başlığına baxın:


Xatırladaq ki, bu hadisə iki il öncə baş vermişdi. Bu da sübut:

Beləliklə, media və insanlıq adına yaraşmayan bu hərəkətlə Azadlıq qəzeti yalana xidmət etməyə davam edir.
Xəbər yayılandan sonra Azadlıq qəzeti yalan məlumatı səhifədən silib.
Qeyd edək ki, Səhiyyə Nazirliyi gecə saatlarında elektrik enerjisinin verilişində yaranmış məhdudiyyətlər səbəbindən xəstəxanalarda körpələrin ölümü barədə sosial şəbəkələrdə yayılmış məlumatlara münasibət bildirib.
Metbuat.az-ın verdiyi məlumata görə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova bildirib ki, körpə ölümləri ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.
Onun sözlərinə görə, gecə saatlarında elektrik enerjisinin verilişi dayandıqda, tibb müəssisələrində generatorlar avtomatik işə düşüb və həmin saatlarda xəstəxanalarda yüzlərlə əməliyyat icra olunub.
S. Əhmədova qeyd edib ki, elektrik enerjisinin verilişində yaranmış məhdudiyyətlər səbəbindən xəstəxanalarda hər hansı ölüm faktı qeydə alınmayıb: “Körpələrin ölümünü necə gizlətmək olar?! Belə bir fakt qeydə alınmayıb”.
Qeyd edək ki, gecə saatlarında Mingəçevir İstilik Elektrik Stansiyasının (İES) 6-cı blokunda yanğın baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri cəlb olunub. 6-cı blokda və yarımstansiyada baş verən yanğın söndürülüb.