Bu gün futbol üzrə Dünya çempionatında 1/4 final mərhələsinə start veriləcək.
Milli.Az xəbər verir ki, günün ilk oyununda Uruqvay millisi Fransa yığması ilə qarşılaşacaq.
Qeyd edək ki, Uruqvay 1/8 finalda Portuqaliyanı 2:1, Fransa isə Argentinanı 4:3 məğlub edərək növbəti mərhələyə vəsiqə qazanıblar.
DÇ-2018 - 1/4 final
6 iyul
18:00. Uruqvay - Fransa
Hakimlər: Nestor Pitana, Ernan Maydana, Xuan Pablo Belatti (hamısı Argentina), Alireza Faqani (İran).
Nijni Novqorod. "Nijni Novqorod" stadionu.
Milli.Az