Nepalın Mustanq rayonunda işçiləri daşıyan avtobus dağdan aşıb.
Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə rayon administrasiyasının rəhbəri Şışır Paudel bildirib.
Onun sözlərinə görə, avtobusun sürücüsü idarəetməni itirib və 50 metr yüksəklikdən aşıb.
Qəza nəticəsində 14 kişi və 6 qadın hadisə yerində dünyasını dəyişib. Yaralananlardan 3-nü hərbi helikopterlə Pokxara şəhərindəki xəstəxanaya çatdırıblar, 9-u isə Mustanq rayonunda xəstəxanaya yerləşdirilib.
Milli.Az