“Bank Nikoil” ötən ili 2,7 mln. manatlıq xalis mənfəətlə başa vurub

16:07 12 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

[ 12 Yanvar 2015 16:04 ]


Bakı. Musa Əhmədov - APA-Economics. 2014-cü ildə “Nikoil Bank”ın xalis mənfəəti 5,155 mln. manata çatıb.

 

APA-Economics”in məlumatına görə, bu barədə “Nikoil Bank”ın İdarə Heyətinin sədri Vasiliy Xamaza bu gün keçirilən mətbuat konfransında deyib.

 

Sədrin sözlərinə görə, ötən il xalis mənfəətə görə bankın səhmdarları qarşısında götürülən öhdəlik 110% yerinə yetirilib. V. Xamaza bildirib ki, səhmdarların ümumi qərarına əsasən, Mərkəzi Bankın qarşısında öhdəliyin yerinə yetirilməsi üçün xalis mənfəətin bir hissəsi məqsədli ehtiyatların formalaşdırılmasına yönəldilib. Nəticədə, ehtiyatlardan sonra vergilər ödənilənədək xalis mənfəət 2 mln. 703,87 min manat təşkil edib.

 

O qeyd edib ki, ötən il bank 2,5 mln. manat vergi ödəyib.

 

Ötən il ərzində bankın faiz gəlirləri 27% və ya 9 mln. manat artaraq 43 mln. manata çatıb.

 

Hesabat dövründə bank 24 500 yeni müştəri cəlb edib.

 

Kredit portfelinə görə, plan 104% yerinə yetirilib. İlin sonuna bankın kredit portfelinin həcmi 30% və ya 66,5 mln. manat artaraq 291,7 mln. manat təşkil edib.

 

Fiziki şəxslərdən əmanətlərin cəlbi ilə bağlı plan 105% yerinə yetirilib. Hesabat dövründə fiziki şəxslərin əmanətləri 25% və ya 34,6 mln. manat artaraq 173,7 mln. manat olub. O cümlədən, fiziki şəxslərin müddətli əmanətləri 164,8 mln. manata çatıb.

 

2014-cü ildə “Nikoil Bank”ın məcmu kapitalı 57 mln. manatı keçib.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368778

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR