Rusiyada keçirilən futbol üzrə dünya çempionatı -2018-də ¼ final mərhələsinin ilk oyunları keçirilib.

Milli.Az report-a istinadən xəbər verir ki, Fransa Uruqvaya, Belçika isə Braziliyaya qalib gəlib.

Belə olan halda, turnirdə Avropadan başqa qitəni təmsil edən komanda qalmayıb. Bu o deməkdir ki, DÇ-2018-in qalibi məhz Avropa komandası olacaq.

Birinciliyə namizədlər Fransa, Belçika, Xorvatiya, Rusiya, İngiltərə və İsveçdir. Yalnız İngiltərə və Fransa bundan əvvəl dünya çempionu olub.

Milli.Az