DÇ-2018-in 1/4 final mərhələsində Fransaya məğlub olaraq mundialı tərk edən Uruqvay millisinin qapıçısı Fernando Muslera açıqlama verib.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, "Qalatasaray"da çıxış edən 32 yaşlı qapıçı məğlubiyyətə əsas səbəb kimi öz səhvini göstərib və hər kəsdən üzr istədiyib:
"Hər kəs kimi mən də kədərliyəm, gözləmədiyim bir an oldu. Mənim səhvim bütün ümidlərimizi məhv etdi".
Muslera millinin azarkeşlərindən üzr istəyib və gələcəyi düşünməli olduqlarını deyib:
"Bura kimi gələn Uruqvay azarkeşlərindən üzr istəyirəm, onlar daha çox Rusiyada qalmalı idilər. Ancaq məğlubiyyəti unudub, gələcəyi düşünmək lazımdı".
Milli.Az