Bu gün DÇ-2018-də ilk finalçı bəlli olacaq.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, ilk yarımfinal matçında Fransa və Belçika yığmaları üz-üzə gələcəklər.

Mübarizəyə C qrupunda start verən Fransa 1/8 finalda Argentina, ardınca isə Uruqvayı məğlub edib. Belçika isə Yaponiya və 5 qat dünya çempionu Braziliyanı üstələyərək mübarizədən kənarlaşdırıb.

Mundialdan əvvəl favoritlər sırasında göstərilən hər iki komandanın qarşılaşması maraqlı mübarizə vəd edir.

DÇ-2018

1/2 final

22:00 Fransa - Belçika

Hakimlər: Andres Kunya, Nikolas Taran, Maurisio Espinoza (hamısı Uruqvay) Sezar Ramos (Meksika)

Sankt Peterburq, "Sankt-Peterburq" stadionu

Milli.Az