Rusiyada faəliyyət göstərən tanınmış azərbaycanlı fotoqraf, rejissor Aslan Əhmədov mərhum müğənni Janna Friskenin arxiv fotolarını paylaşıb.

Metbuat.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, o, sənətçinin 2005-ci ildə çəkdiyi şəkilləri sosial şəbəkədə izləyiciləri ilə bölüşüb.

Aslan Əhmədov qeyd edib ki, həmin görüntülər Jannanın albomu üçün lentə alınıb.

Xatırladaq ki, beyin xərçəngindən əziyyət çəkən 41 yaşlı müğənni 2015-ci ilıin iyun ayında dünyasını dəyişib.