Play Store

Elmar Vəliyevdən XƏBƏR VAR

Elmar Vəliyev İsraildə olsaydı, bəlkə də birinci eşidənlərdən biri mən olardım. Amma mənə nə ailə üzvlərim, nə uşaqlarım, nə də dostlarım bu barədə nəsə deyiblər.

Metbuat.az müsavat.com-a istinadən xəbər verir ki, bu sözləri deputat, İsrail-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Yevda Abramov Gəncə şəhər İH başçısı E.Vəliyevin İsrailə aparılması haqda yayılan məlumatı şərh edərkən deyib.

"Mənim orada yüzlərlə dostum var, özüm orada yatmışam, gəlib mənə baş çəkiblər. Hər bir klinikada Qubadan, Bakıdan adam var. Mənə zəng edib deyərdilər ki, sizin bir məmurunuz bizdə müalicə olunur. Heç birindən zəng gəlməyib. Mənim özümün də xəstəxanaların bir neçəsi ilə daimi əlaqəm var.

Dünən sabiq deputatlardan biri mənə zəng etmişdi ki, bir qohumumu Rambam xəstəxanasına aparmaq istəyirəm. O da ağır vəziyyətdədir, Allah ona şəfa versin! Rambamda da mənim çox yaxın dostlarım var, amma onlardan heç biri mənə deməyib ki, sizin məmur buraya gətirilib”, - Yevda Abramov bildirib.

"Xərçəng xəstəliyini bitkilərlə müalicə etmək MÜMKÜN DEYİL" - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR