Xalq artisti: "Mənə atalığı anam edib, çünki..."

Xalq artisti: "Mənə atalığı anam edib, çünki..."
16:47 12 Yanvar 2015
244 Şou
Ölkə mətbuatı
A- A+

Xalq artisti Məleykə Əsədovanın “Düzünü desək” verilişində anası haqda danışdıqları studiyada əyləşənlərin göz yaşına səbəb olub
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aktrisa anası ilə bağlı möcüzə yaşadığını deyib:

"Uşaq həmişə anadan yetim qalır. Övladı anasız təsəvvür etmirəm. Mənə atalığı anam edib, çünki mən atamı tez itirmişəm. Anam ilk dəfə infarkt olanda dedilər bir gün yaşayacaq. Səhər tezdən getdim bulvara, əlimi açıb Allaha dua elədim, möcüzə oldu, ondan sonra 1 il yaşadı.

Ruhun varlığına inanıram. Anamın, atamın ruhu ilə danışıram. Çox ağlayırdım, anamın ruhu narahat olurdu. Bir dəfə yuxumda gördüm ki, anam can verir, qəbrdə uzanıb, deyirəm mən də səninlə bir gedəcəm. Anam dedi, sən qoymursan rahat ölüm, durdu ayağa, əlini qarnıma çəkdi. Dedi get, başın qızına qarışsın, mənim qoxum ondan gəlsin. Ondan sonra qızım dünyaya gəldi. İndi mən qızıma “mamıçka” deyirəm. Adını da o qoyub".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/318671.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR