Bu gün keçirilən DÇ-2018-in final oyununda Xorvatiyanı 4:2 hesabı ilə məğlub edən Fransa tarixində ikinci dəfə mundialın qalibi adını qazanıb. Milli.Az apasport.az-a istinadən xəbər verir ki, "xoruzlar" dünya çempionatları tarixinə qızıl mükafatı ikinci dəfə qazanan üçüncü komanda kimi düşüb.

Bunadək keçirilən 20 yarışda 8 komanda qızıl medal qazanmışdı. Braziliya 5, Almaniya və İtaliya hərəyə 4, Argentina və Uruqvay isə hərəyə 2 dəfə hamıdan güclü olmuşdu. Fransa bu siyahıda 3-cü olub.

Əyar baxımından Braziliyanın başçılıq etdiyi cədvəldə ən çox medalı Almaniya qazanıb. Sonuncular 4 qızıl, 4 gümüş və 4 bürünc əldə edib.

Cənubi amerikalılar 5 qızıla qazansa da, gümüş və bürünclərinin sayı 2-di.

3-cü pillədə isə 4 çempionluğu olan İtaliyadı.

Fransa bu mükafatla 5-ci pilləyə yüksəlib.

Ümumilikdə isə 21 çempionatda 20 komanda hər hansı bir əyarlı medal qazana bilib.

Yer

Komanda

qızıl

gümüş

bürünc

Medal

1

Braziliya

5

2

2

9

2

Almaniya

4

4

4

12

3

İtaliya

4

2

1

7

4

Argentina

2

3

0

5

5

Fransa

2

1

2

5

6

Uruqvay

2

0

0

2

7-8

İspaniya

1

0

0

1

İngiltərə

1

0

0

1

9

Hollandiya

0

3

1

4

10-11

Macarıstan

0

2

0

2

Çexoslovakiya

0

2

0

2

12

İsveç

0

1

2

3

13

Xorvatiya

0

1

1

2

14

Polşa

0

0

2

2

15-20

Avstriya

0

0

1

1

Portuqaliya

0

0

1

1

Belçika

0

0

1

1

ABŞ

0

0

1

1

Çili

0

0

1

1

Türkiyə

0

0

1

1

Milli.Az