Vergilər Nazirliyi qanun pozuntuları barədə məlumat yaydı

Vergilər Nazirliyi qanun pozuntuları barədə məlumat yaydı
16:59 12 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Vergilər Nazirliyi ötən il ərzində vergi ödəyicilərinin auditi sahəsində görülmüş işlər haqqında məlumat yayıb.  Nazirlikdən Lent.az-a verilən məlumata görə, qeyd olunan müddətdə səyyar vergi yoxlamaları aparılmış vergi ödəyicilərinin 99,4 %- də vergi qanunvericiliyinin pozulması halları aşkar edilib. Bu dövr ərzində başa çatdırılmış səyyar vergi yoxlamaları nəticəsində 905 milyon 423,6 min manat əlavə vəsait hesablanıb. Bu məbləğin 62 %-i əlavə hesablanmış vergi məbləği, 38 %-i isə vergilərin azaldılmasına və digər hüquq pozuntularına görə tətbiq edilmiş maliyyə sanksiyası (faizlə birgə) təşkil edib.   Ümumilikdə 2013-cü illə müqayisədə ötən il  başa çatdırılmış səyyar vergi yoxlamaları zamanı cəmi əlavə hesablamanın məbləği 215 milyon 774,5 min manat və ya 31,3% artıb.  

2014-cü il ərzində başa çatdırılmış səyyar vergi yoxlamaları üzrə orta hesabla 1 yoxlamaya düşən hesablanmış cəmi əlavə vəsaitin məbləği 78,6 min manat təşkil edib ki, bu da əvvəlki dövrlə müqayisədə 8,3% çoxdur.   

Əlavə hesablanmış vəsaitlərdə mənfəət vergisi 16,6%, əlavə dəyər vergisi 29,1%, ödəmə mənbəyində tutulan vergi (muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan gəlir vergisi istisna olmaqla) 40,8%, sadələşdirilmiş vergi 1,6%, sahibkarlıq fəaliyyətindən gəlir vergisi 1%, muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi 5,4%, digər vergilər isə 5,5% təşkil edib.

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR