Rusiya hava məkanını pozdu,

Rusiyanın Tallindəki səfiri Estoniya Xarici İşlər Nazirliyinə çağırılaraq, ona etiraz notası verilib.

Metbuat.az AzVision.az-a istinadla xəbər verir ki, bu barədə Estoniya Müdafiə Qüvvələri məlumat verib. Etiraz notasına səbəb kimi Rusiya təyyarələrinin Estoniya hava məkanını 2 dəfə pozması göstərilib. Notada hər iki insidentin ötən gün Fin körfəzindəki Vayndloo adası yaxınlığında baş verdiyi bildirilib.

“Əvvəlcə Estoniya hava məkanına Airbus A319, sonra isə İl-96 təyyarəsi daxil olub. Təyyarələr Estoniya hava məkanında 1 dəqiqədən az qalıblar”, – deyə notada qeyd olunub.

Estoniya XİN-dən bildiriblər ki, rus təyyarələrindən heç biri öz uçuş planlarını əvvəlcədən təqdim etməyiblər.

Estoniya Müdafiə Qüvvələrinin məlumatına görə, 2018- ci il başlayandan bəri rus təyyarələri 6 dəfə bu ölkənin hava məkanını pozublar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR