Məhkəmə İbrahim Tatlısəsə cəza

İstanbul məhkəməsinin hakimi və qızına iftira atan İbrahim Tatlısəs barədə hakim qərar verib.

Metbuat.az “Ölkə.Az”-a istinadla xəbər verir ki, prokuror müğənniyə 4 il həbs cəzası istəmişdi. Hakimin qərarı ilə Tatlısəs hüquqşünas ana və qızına 10 min lirə (4 min manata yaxın) mənəvi təzminat ödəməli olacaq.

Proses ötən ildən gedir. İbrahim Tatlısəsin 4 il müddətinə azadlıqdan məhrum etmə tələbi ilə edilən şikayət nəticəsində Tvitter səhifəsində hakim və qızına iftira atan müğənni təzminat ödəməyə məhkum edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR