Uruqvay millisinin futbolçusu Dieqo Qodin İspaniyanın "Atletiko" klubundan ayrıla bilər.

Milli.Az apasport.az-a istinadən məlumatına görə, yay fasiləsində ən fəallardan olan "Yuventus" cənubi amerikalını heyətinə qatmağa yaxındır.

Hətta tərəflər arasında ilkin razılığın əldə olunduğu iddia edilir. 2021-ci ilədək nəzərdə tutulan bu anlaşmaya əsasən Qodin ildə 4 milyon avro qazanacaq. Müdafiəçiyə eyni maaşı verməyə hazır olan "Atletiko" onu 20 milyon avrodan ucuz qiymətə buraxmaq niyyətində deyil.

Qeyd edək ki, Qodin 2010-cu ildən Madrid təmsilçisinin formasını geyinir.

Milli.Az