Yaponiyada daşqınlarda ölənlərin sayı 225-ə çatıb

Yaponiyanın cənub-qərb və mərkəzi rayonlarında daşqınlar nəticəsində ölənlərin sayı 225 nəfərə çatıb, 14 nəfər isə itkin düşmüş sayılır.

Metbuat.az xəbər verir ki, Trend.az-ın məlumatına görə, təxliyə məntəqələrində hələdə 4,5 min insan qalır.

Məlumata görə, təbii fəlakət 36 prefekturaya ümumilikdə 697 milyon dollara yaxın zərər vurub.

Qeyd edək ki, iyulun ilk həftəsi Yaponiyanın cənub-qərb və mərkəzi hissəsində güclü leysan yağışları yağıb. Yağışlar torpaq sürüşmələrinə və daşqınlara səbəb olub. Bəzi çaylarda suyun səviyyəsi qalxaraq xeyli ərazini su altında qoyub.

Pompeo: Rusiya və ABŞ terrorçuluqla mübarizədə əməkdaşlıq edəcək - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR