22 iyul milli mətbuatımızın yaranma gününü qeyd edirik.

Metbuat.az saytı olaraq ilk öncə özümüzü, daha sonra bütün jurnalist həmkarlarımızı təbrik edirik.

Oxucularımıza isə sonsuz təşəkkür edirik, 22 iyulun dəyəri oxucularımızın diqqəti ilə daha da gözəlləşir.

Özümüz haqqında uzun yazmayacam.

Beləliklə, Metbuat.az komandası:

Xəyalə Məmmədova Metbuat.az-da sosial və iqtisadiyyat sahələri üzrə müxbirdir. Mülayim, gülərüz və pozitiv enerjisi və Metbuat.az-a şikayət edən oxuculara qarşı doğma münasibətiylə Xəyalə həm redaksiyanın, həm də oxucularımızın sevimlisidir.

- Biz sizinlə güclüyük!

Günya Elşadqızı siyasət bölməmizin müxbiridir. Günay ciddi və rasional insandır. Eyni zamanda sonsuz həssasdır. Onun körpələrə və başqa insanların dərdlərinə həssas münasibəti var. Günay həm də olduqca maraqlı və analitik təfəkkürü zəngin insandır.

- Biz sizinlə güclüyük!

Tahirə Əlirzyeva saytımızın şou müxbiridir. Tahirə həm də redaksiyanın ən şən insanlarındandır. Tahirə oxucuları ilə olduqca səmimi həmsöhbətdir.

- Biz sizinlə güclüyük!

Aysel Yaqubqızı sağlamlıq müxbirimizdir. Eyni zamanda dünyada baş verən aktual siyasi və sosial xəbərlərin də tərcüməçisidir. Aysel zəngin tibb bilgilərinə malikdir həm də.

- Biz sizinlə güclüyük!

Sərdar Məmmədov ölkədə və dünyada baş verən xəbərlərin "ovçusu"dur. Mən ona canlı "Google" deyirəm.

- Biz sizinlə güclüyük!

Günay Sadıxova saytımızdakı maraqlı xəbərlərin tərcüməçisidir. O, eyni zamanda sakit və xoş xasiyyət rəftarıyla Metbuat.az-ın sonbeşiyidir.

- Biz sizinlə güclüyük!

Metbuat.az bir ailədir.

Oxucularımızın diqqəti və qayğısıyla daha böyük uğurlara doğru!

Yaxşı ki, varsız!

Tural İsmayılov/ Metbuat.az

- Biz sizinlə güclüyük!