Yunanıstanda meşə yanğınları davam edir.

Metbuat.az xəbər verir ki, yanğınlar nəticəsində ölənlərin sayı 74 nəfərə çatıb. 200 yaralı var. Onlardan 11-nin vəziyyəti ağır qiymətləndirilir.

Daha təhlükəli vəziyyət Kineta və Attika rayonlarında yaranıb. Attikada tikililərin 90 faizi külə dönüb.

Sahil ərazilərdən əhalinin Yunanıstan Hərbi Dəniz Qüvvələrinin gəmiləri ilə təxliyəsi aparılır. Məlumata görə, artıq 760 nəfər həmin ərazilərdən çıxarılıb.

Yanğının söndürülməsinə helikopterlər də cəlb olunub. Yanğınlar nisbətən nəzarət altına alınıb.

Sübhan / METBUAT.az


Yunanıstanda meşə yanğınları nəticəsində ölənlərin sayı 20-yə çatıb, 69 nəfər xəsarət alıb YENİLƏNİB - Oxumaqüçün tıkla