Yasamal rayonunda dava zamanı bir nəfər ağır xəsarət alıb.

Milli.Az report.az-a istinadən bildirir ki, hadisə Qələbə dairəsi kimi tanınan ərazidə baş verib.

Belə ki, 1974-cü il təvəllüdlü Ədalət Həmidov naməlum şəxslə əlbəyaxa dava edib. Nəticədə o bıçaqlanıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.

Milli.Az