PSJ ciddi itkilərlə üz-üzədir. Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Paris klubu Fransa Super Kuboku öncəsi heyət problemi ilə qarşılaşıb.

"L`Equipe" nəşri iddia edir ki, uruqvaylı hücumçu Edinson Kavani sözügedən qarşılaşmanı buraxacaq. DÇ-2018-in 1/8 final mərhələsinin Portuqaliya ilə matçında (2:1) zədələnən forvard hələ sıraya dönməyib.

Bundan əlavə, Neymarın da həlledici görüşdə iştirakı sual altındadı.

Qeyd edək ki, ölkə çempionu PSJ ilə kubokun sahibi "Monako" arasındakı Super Kubok oyunu avqustun 4-də Çində keçiriləcək.

Milli.Az