Kaliforniyanın sabiq qubernatoru öz tankı ilə 9 metrlik "Limuzin"i əzdi

CNBS televiziya kanalı aktyor və ABŞ-ın Kaliforniya ştatının sabiq qubernatoru Arnold Şvartseneggerin öz şəxsi tankının köməyi ilə "Limuzin"i məhv etdiyini videoya çəkib.

Metbuat.az moderator.az-a istinadən xəbər verir ki, video-çarxı Youtube- CNBS kanalında izləmək mümkündür.

Video Make Lt proqramı üçün çəkilib. Kadrlarda Şvartsenegger verilişin aparıcısı ilə ona məxsus olan 46 tonluq M47 Patton II tanka oturur və asanlıqla doqquz metrlik "Lincoln Town Car" limuzinini əzir.

Aktyor deyir ki, bu tanklar 1950-cı illərdə Koreya müharibəsi (1950-1953) zamanı istifadə üçün ABŞ-da istehsal edilib, lakin sonralar bir çox ölkələrə ixrac edilib, o cümlədən Avstriyaya da gətirilib.

Şvartseneggerin sözlərinə görə, Avstriya ordusunda xidmət edərkən məhz belə tankları idarə edib.

M47 Patton II 90 millimetrlik M36 tank topu ilə təchiz olunub, onunla birlikdə uzunluğu təxminən 8,5 metr təşkil edir. Cəmi 8,6 min belə maşın buraxılıb. Onlar 1990-cı illərə kimi bir çox ölkələrin, o cümlədən ABŞ, Avstriya, Belçika, İordaniya, İspaniya, İtaliya, Türkiyə, Fransa, Almaniya və Yaponiya ordularının silah arsenalında olub.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR