Əməkdar artist Abbas Bağırovu Qubada tanımayıblar.

Milli.Az big.az-a istinadən xəbər verir ki, Günay Firudin qızının təqdim etdiyi "Ulduzlu yayım" proqramının çəkilişləri Qubada baş tutub.

Çəkiliş zamanı aparıcı rayon sakinindən Abbas Bağırovu tanıyıb-tanımadığını soruşub. Sakinin cavabı çox maraqlı olub. O, müğənnini tanıdığını desə də, onun xəbər aparıcısı olduğunu deyib.

Tanınmadığını görən Abbas özünü sındırmayıb: "Əslində normal haldır. İnsanlar bütün günü çöldə-bayırdadırlar, televizora az baxırlar. Bir az da görünüşüm onları çaşdıra bilər. Kepkadayam, həm də eynək taxmışam. Amma lazım olarsa, xəbər aparıcısı da ola bilərəm".

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Abbas Bağırovu utandırdılar - Özünü sındırmayan ifaçı bu sözləri dedi: Lazım olarsa... -  VİDEO Abbas Bağırovu utandırdılar - Özünü sındırmayan ifaçı bu sözləri dedi: Lazım olarsa...